
Ətraf mühitə münasibəti ilə tanınan 76 yaşlı Kral Çarlzın Bukingem sarayında birdəfəlik yaş salfetləri qadağan etdiyi məlum olub.
Gununsesi.info bildirir ki, bu barədə dailymail.co.uk xəbər verir.
Uzun illər Bukingem sarayında çalışan Anne Simmons bildirib:

Anne Simmons
“Birdəfəlik salfetlər kralın əmri ilə qadağan edildi, çünki onlar ətraf mühitə zərər verir, suda parçalanmır və tualet sistemini bloklayırdı. Bu, təkrar tıxanmalara və santexnika problemlərinə səbəb olurdu. Buna görə sarayın təmizlənməsi üçün təkrar istifadə edilə bilən bezlərə üstünlük verilir”.
Günel Həsənova