Meksikada merliyə namizədə sui-qəsd

Meksikanın Teksistepek şəhərinin merliyinə namizəd Yeseniya Lara seçki kampaniyası zamanı açılan atəş nəticəsində öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksikanın şərqində yerləşən Verakruz ştatında merliyə namizəd mayın 11-i bazar günü seçki kampaniyası zamanı açılan atəş nəticəsində öldürülüb.

Yerli mətbuatın məlumatına görə, qətlə yetirilən siyasətçi prezident Klaudiya Şeynbaumun Morena partiyasının Teksistepek merliyinə namizəd Yesenia Lara olub. 

Hücumda 4 nəfəs ölüb. 3 nəfər yaralı hadisə yerindən qışqıraraq qaçdığı görülüb. Paylaşılan digər görüntülərdə isə küçədəki insanların cansız bədənləri kameralara əks olunub.

Əyalət qubernatoru Rocio Nahle də X sosial media platformasında öz hesabında bir paylaşım edərək, “Morena namizədi və tərəfdarlarının qorxaqcasına öldürülməsinin məsuliyyətini Teksistepekdə tapacağıq. (Dörd ölü və üç yaralı var)” deyib.

Qubernator həmçinin bildirib: “Heç bir vəzifə və ya vəzifə bir insanın həyatı qədər dəyərli deyil”.

 

 

 

Orxan

Gununsesi.info