
Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa ölkəsinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə basketbol oynayan görüntüləri sosial mediada paylaşılıb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya lideri Əhməd Əl Şara xarici işlər naziri Əsəd Həsən Şeybani ilə basketbol bacarığını nümayiş etdirib.
Kostyumları ilə diqqət çəkən ikili gecə saatlarında boş basketbol meydançasında görüntülənib. Şara və Şeybaninin görüntüləri sosial mediada sürətlə yayılaraq trend mövzusuna çevrilib.
Görüntülərin nə vaxt və harada çəkildiyi məlum deyil. Video “ölkəsi böhran içində olan Şara basketbol oynadı” yazısı ilə paylaşılıb.
Həmin videonu təqdim edirik: