Berlində Herzoqa qarşı etiraz: “İsrailin Qəzzada soyqırımına son qoyulsun”

İsrail prezidenti Hersoqun Almaniyaya səfərinə etiraz edən etirazçılar əllərində “İsrailin Qəzzada soyqırımına son qoyulsun” yazılı lövhələr asıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində İsrail prezidenti İsaak Hersoqun səfəri etirazla qarşılanıb.

Beynəlxalq Amnistiya Təşkilatının təşkil etdiyi nümayişdə Baş nazirlik binası qarşısında toplaşan bir qrup Hersoqun Almaniyaya səfərinə reaksiyalarını bildirib.

Nümayişçilər “İsrailin Qəzzada soyqırımına son qoyun”, “Soyqırım üçün dəyər ortaqlığı yoxdur”, “Qəzzada beynəlxalq humanitar hüquqa hörmət edin” və “Qəzzada hərbi cinayətlərə silah verilmir” yazılı lövhələr daşıyıb .

Nümayiş zamanı “Soyqırımı dayandırın”, “Beynəlxalq hüquqa hörmət edin” kimi şüarlar səsləndirilib.

Orxan

Gununsesi.info