
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya probleminin həll edilmədiyi təqdirdə ABŞ-ın “üçüncü dünya ölkəsinə çevriləcəyini” iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədə onun immiqrasiya siyasətinə zidd qərarlar verən məhkəmələri tənqid edib.
ABŞ-ın “21 milyon qeyri-qanuni mühacir tərəfindən işğal edildiyini” ifadə edən Tramp, “Onların çoxu qatil və ən yüksək səviyyəli cinayətkardır. Radikallaşmış və bacarıqsız məhkəmə sistemi səbəbindən onları aradan qaldırmağa icazə verilməsə, Birləşmiş Ştatlar tezliklə şiddət və cinayətlə dolu üçüncü dünya dövlətinə çevriləcək, bir daha böyüklüyünü görməyəcək”.
Orxan