Fidan və Lavrov İstanbul danışıqları ilə bağlı təşəbbüsü müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Gununsesi.info Rusiya XİN-in məlumatına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya Prezidenti Vladimir Putinin 15 may tarixində İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqların başlanması təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.

“Söhbət zamanı həmçinin Rusiya və Ukrayna arasında sülhün qurulması səylərinə dair digər məsələlər müzakirə olunub”, – məlumatda deyilir.

Gununsesi.info