
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığının detallarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski teleqram səhifəsində məlumat verib.
Zelenskinin sözlərinə görə, onlar Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək görüşün əsas detallarını müzakirə ediblər. O, diplomatiyanın inkişafı üçün ən yüksək səviyyədə dəstəyə və istəyinə görə Ərdoğana minnətdarlığını bildirib. Ukrayna Prezidenti qeyd edib ki, hazırda atəşkəs və tərəfdaşların prosesə nəzarəti vacibdir.
“Biz Putinlə birbaşa danışıqlara hazırıq. Uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün hamımızın Avropada birgə çalışmağımız çox vacibdir. Amerika ilə daimi təmasda olacağıq. Prezident Ərdoğanla sülh naminə gələcək birgə iş haqqında razılığa gəldik”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, mayın 15-də İstanbulda Ukrayna və Rusiya prezidentlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətinin görüşünün keçiriləcəyi gözlənilir.