Ticarət mərkəzi kül oldu

Polşa səlahiyyətliləri 2024-cü ildə paytaxt Varşavada ticarət mərkəzində baş verən yanğının arxasında Rusiya kəşfiyyatının olduğunu iddia edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Polşa 2024 – cü ildə paytaxt Varşavada ticarət mərkəzini demək olar ki, tamamilə məhv edən kütləvi yanğında Rusiya kəşfiyyat xidmətlərini günahlandırıb.

BBC xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk sosial media platforması X hesabında Polşanın Marywilska ticarət mərkəzində baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə yandırılması nəticəsində baş verdiyini “əminliklə” bildiyini bildirib.

Məsullardan bəzilərinin artıq həbsdə olduğunu bildirən baş nazir Tusk, hadisədə iştirak etdiyi iddia edilən digər şübhəlilərin də müəyyən edildiyini və onların tapılması üçün işlərə başlanıldığını açıqlayıb.

Rusiya hələ ki, iddialara münasibət bildirməyib. 

Orxan

Gununsesi.info