İmtahana cibində oyuncaqlarla gəldi - DİM-in nəzarətçi müəllimindən çağırış

Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə gün öncə keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanında maraqlı hal yaşanıb.

Gununsesi.info xəbər verir ki, imtahan gələn 9-cu sinif şagirdinin cibindən oyuncaqlar çıxıb.

Bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz “facebook” hesabında paylaşım edib.

“Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdılar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər”, – deyə o qeyd edib.

Gununsesi.info