
Çin hakimiyyəti Latın Amerikası ölkələrinə 66 milyard yuan (təxminən 9,2 milyard dollar) məbləğində kredit verəcək.
Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Çin Latın Amerikası tərəfinə 66 milyard yuan məbləğində kredit xətti açacaq”, o, Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunun 4-cü nazirlər iclasının açılış mərasimində çıxış edərkən deyib.
“Çin bu regiondakı ölkələrdən daha da keyfiyyətli məhsul idxal etmək niyyətindədir. Biz Latın Amerikası və Karib hövzəsi ölkələrinin inkişafını dəstəkləmək üçün investisiya axınının artırılmasını stimullaşdıracağıq”, – Si Cinpin vurğulayıb.