
Argentina Ali Məhkəməsinin zirzəmisində muzeyə hazırlaşarkən faşist Almaniyasından göndərilmiş 83 qutu material tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Argentinada Ali Məhkəmənin zirzəmisində İkinci Dünya Müharibəsi zamanı Argentina hakimiyyəti tərəfindən müsadirə edilmiş 83 qutu nasist materialının tapıldığı açıqlanıb.
83 qutu təchizat 1941-ci ilin iyununda Yaponiyanın “Nan-a-Maru” gəmisi ilə Almaniyanın Tokiodakı səfirliyindən Argentinaya göndərilmişdi.
Həmin vaxt belə böyük yük Argentina rəsmilərinin diqqətini çəkdi və onlar qutulardakı materialların Argentinanın müharibədə neytrallığına təsir edə biləcəyindən qorxdular. Alman diplomatik nümayəndələri qutularda şəxsi əşyaların olduğunu desələr də, Argentina gömrük işçiləri təsadüfi seçilmiş beş qutuda axtarış aparıblar.
Axtarışlar nəticəsində qutulardan nasist rejiminə aid açıqcalar, fotoşəkillər və təbliğat materialları aşkar edilib. Nasist partiyasına aid minlərlə dəftər də qutulara düşüb. Federal Məhkəmə bu materialları ələ keçirdi və işi Ali Məhkəməyə göndərdi.
Orxan