Aİ Rusiyaya qarşı yeni sanksiyalar üçün Türkiyədəki danışıqları gözləyir

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-dən yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, mayın 12-də ABŞ Moskvaya təzyiqlərin tətbiqi üçün Ankara danışıqlarının nəticələrinin gözlənilməsinin vacibliyini bəyan edib.

Gununsesi.info