
Bu gündən etibarən Rusiyanı atəşkəsə çağıran Ukrayna, Rusiyanın 100-dən çox İHA atdığını və hücumda mühəndislərindən birinin yaralandığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsi, mayın 15-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların keçiriləcəyi gözlənildiyi bir vaxtda, Ukrayna gecə saatlarında Rusiyanın ölkəyə doğru 108 pilotsuz uçuş aparatının buraxıldığını və mülki yük qatarının da vurulduğunu açıqladı.
Ukrayna və Avropa liderləri Rusiyanı bu gündən etibarən atəşkəs elan etməyə çağırıb və Rusiyanın 9 May “Qələbə Günü”ndə elan etdiyi müvəqqəti atəşkəs şənbə günü başa çatıb.
Ukrayna Hərbi Hava Qüvvələri dünən yerli vaxtla saat 23:00-a kimi Rusiyadan atılan PUA-lardan 55-nin məhv edildiyini açıqlayıb. Telegram kanalında açıqlama verən Hərbi Hava Qüvvələri 30 “simulyator PUA”nın heç nəyə dəymədən yolunu itirdiyini bildirib. Açıqlamaya görə, Rusiyanın PUA-ları Ukraynanın şərq, şimal, cənub və daxili bölgələrində vurulub.
Ukrayna Dəmir Yolları (Ukrzaliznitsia) da şərq Donetsk bölgəsində dəmir yolu infrastrukturuna pilotsuz təyyarə ilə hücum edildiyini və hücumda mülki yük qatarının mühəndisinin yaralandığını açıqlayıb.
“Atəşkəs təkliflərinə məhəl qoyulmur, dəmir yolu infrastrukturuna düşmən hücumları davam edir”, – qurumun Telegram kanalında verdiyi açıqlamada deyilir.
Orxan