
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstin dövlətini tanıyacağı ilə bağlı iddialarını rədd edib.
Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, İsrail mərkəzli i24 News kanalının internet saytına istinadən xəbər verir ki, Netanyahu İsrail Parlamentinin (Knesset) Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında Trampla aralarında düşdüyünə dair iddiaları təkzib edib və bu şayiələrin ABŞ-ın İsraildəki səfiri Mike Huckabee tərəfindən də təkzib edildiyini bildirib.
Trampla müntəzəm ünsiyyətdə olduqlarını və iki tərəfin bir çox mövzuda oxşar perspektivlərə malik olduğunu iddia edən Netanyahu, Trampın Fələstini tanıyacağı ilə bağlı iddialarının ciddiyə alınmaması lazım olduğunu müdafiə edib. Fələstin dövlətinin yaradılması ilə bağlı ciddi bəyanatlar eşidəcəyinizi düşünmürəm, bu, sadəcə, siyasi oyundur”, – Netanyahu bildirib.
İsrail mətbuatında daha əvvəl yayılan xəbərlərdə Trampın Netanyahu ilə əlaqələrini kəsdiyi və onunla oyun oynadığından şübhələndiyi iddia edilmişdi.
Bəzi İsrail mediası Körfəz diplomatik mənbələrinə istinadən Trampın gələn həftə Yaxın Şərq turu zamanı Fələstin dövlətini tanıyan rəsmi açıqlama verməyə hazırlaşdığını iddia edib.
Məlumata görə, bu barədə Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Səudiyyə Ərəbistanı Sammitində açıqlama veriləcəyi gözlənilir. Trampın səfəri çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfəri planlaşdırılır.
Orxan