
Banqladeşin müxtəlif bölgələrində ildırım vurması nəticəsində ümumilikdə 13 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dakkada yerləşən Kanal 24 televiziyasının xəbərinə görə, Banqladeşdə leysan yağış və sərt hava şəraiti təsirini davam etdirir.
Kişoreqanc və Brahmanbariya rayonlarında ildırım vurması nəticəsində biri uşaq olmaqla 9 nəfər ölüb.
Banqladeş Meteorologiya Departamenti (BMD) paytaxt Dəkkə də daxil olmaqla, ölkənin bir çox bölgələrində güclü yağış yağacağını proqnozlaşdırıb.
“Cəmiyyəti Xilas et və Tufan Maarifləndirmə Forumu”nun sədri Kəbirul Bəşər ildırım vurması nəticəsində ölənlərin 70 faizindən çoxunun kənd təsərrüfatı işləri ilə məşğul olduğunu bildirib.
Orxan