
Dünən axşam saatlarında Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən gənc vəfat edib.
Gununsesi.info xəbər verir ki, 18 yaşlı Elgün İbrahimov M.Xəlilov küçəsində kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.İbrahimovun dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.