
Ukrayna-Rusiya müharibəsi yanaşmasında dönüş nöqtəsi olacağı gözlənilən danışıqlarda Avropa liderlərinin nəzərləri İstanbulda keçiriləcək sammitə çevrilib. Əgər atəşkəs əldə olunmasa, Rusiyaya qarşı daha güclü sanksiyalar qüvvəyə minəcək.
Gununsesi.info xarici mediaya istianadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında birbaşa danışıqlarda iştirak etmək üçün bu həftə Türkiyəyə səfər edə biləcəyini bildirib.
Ağ Evdə çıxış edən ABŞ lideri “Cümə axşamı Türkiyədə keçiriləcək görüşdən yaxşı nəticə ala bilərik” deyib.
Ukrayna prezidenti Vladimir Zelenski də cümə axşamı İstanbulda Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu təkrarlayıb.
Lakin bu ideya ilə çıxış edən Putin görüşdə özünün də iştirakını təsdiqləməyib.
Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Polşa Rusiyanın 30 günlük atəşkəsi qəbul etməsini istəyir. Əks halda maliyyə və enerji sektorlarına qarşı sanksiyalar tətbiq olunacaq.
Orxan