Kann Film Festivalında çılpaqlıq qadağası - Qaydalara əməl etməyənlər qovulacaq - FOTO

Sabah keçirilməsi gözlənilən Kann Film Festivalına sayılı saatlar qalarkən, kifayət qədər səs-küy yaradacaq bir qaydanın qüvvəyə mindiyi məlum oldu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu mükafatlandırma mərasimlərindən biri olan Kann Film Festivalı sabah 78-ci dəfə keçiriləcək.

Sabah axşam milyonların izləyəcəyi mərasimdəçılpaqlıq” və “riskli, şişirdilmiş geyim” qadağandır!

Kann Film Festivalının qırmızı xalçasında həddindən artıq açıq-saçıq geyimlərin, dərin dekoltenin qadağan edildiyi bildirilib.

Festival yetkilileri, bu düzenlemelerin modayı kısıtlamak için değil, uzun süredir var olan kuralları netleştirmek amacıyla yapıldığını belirtiyor.

 

Mətbuatın yazdığına görə, buna səbəb ictimaiyyətin filmlərdən çox məşhur qonaqların qırmızı xalçada geyindiyi son dərəcə açıq-saçıq geyimlərə diqqət yetirməsidir.

Bildirilir ki, hər il mükafatlardan çox, mükafat mərasiminin qırmızı xalçasını keçən məşhurları və bu xüsusi gecə üçün seçdikləri geyimlərdən danışırıq. Kimisi qırmızı xalçada hər il əvvəlkindən daha iddialı gəzir, kimisi həmin gecəyə tamamilə uyğun olmayan geyimləri ilə diqqət çəkir, bəziləri isə həmişə zadəganlığın və zərifliyin tərəfində qalmağa üstünlük verir. Ancaq son bir neçə saat ərzində öyrənilən məlumata görə, bu il Kannda moda və kino arasındakı tarazlığın yenidən formalaşacağı ildir.

Çılpaqlıq qadağasının Kann Film Festivalının açılış filmi olan fransız rejissoru Amelie Bonninin “Partir un jour” (Bir gün buraxın) filminin premyerası ilə başlayacağı bildirildi. Vurğulanıb ki, festivalın sənədində “Qırmızı xalçada və festivalın digər ərazilərində çılpaqlıq qadağandır” ifadəsi yer alıb. Qaydalara əməl etməyənlər qovulacaqlar və qırmızı xalçaya, bir sözlə mərasimə buraxılmayacaqlar.

 

Yarın (13 Mayıs) milyonların gözünün üstünde olacağı törende "çıplaklık" ve "riskli, abartılı kıyafetler" yasaklandı!

Festival rəsmiləri deyirlər ki, bu qaydalar modanı məhdudlaşdırmaq deyil, çoxdan mövcud olan qaydaları aydınlaşdırmaq üçündür

Üstəlik, qaydalar təkcə çılpaqlıqla məhdudlaşmır. Axşam sessiyalarına qatılan qadınlar üçün uzun paltarlar, kokteyl paltarları və ya zərif şalvar kostyumları; Kişilər üçün isə tünd rəngli kostyumlar və papyon qalstuklar (boyuna taxılan kəpənək qalstuk G.H) məcburi oldu. Eyni zamanda idman ayaqqabılarına da icazə verilmir, sandal ayaqqabılara icazə verilir.

 

Günel Həsənova

Gununsesi.info