“Google” 10 ildən sonra yeniləndi - FOTO

“Google” transmilli korporasiyası loqotipini yeniləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə”9to5google” axtarış sistemi təqribən 10 il ərzində ilk dəfə bu addıma əl atıb.

Sonuncu belə yeniləmə 2015-ci il sentyabrın 1-də olub.

Yeni dəyişiklik nəticəsində mavi fondakı ağ rəngli kiçik “g” hərfi dördrəngli böyük hərfə – “G”yə çevrilib.

Bundan sonra “Google” nişanında qırmızı rəvan olaraq sarıya, sarı yaşıla, yaşıl isə göyə keçir.

Hazırda yeni nişan “iOS” üçün “Google axtarışı” tətbiqində artıq istifadə olunur.