HƏMAS ABŞ-İsrail vətəndaşını azad etdi

HƏMAS ABŞ rəsmiləri ilə son danışıqlardan sonra ikili ABŞ-İsrail vətəndaşı olan əsir Edan Aleksandrı azad edəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , HƏMAS-ın sosial media hesabından edilən yazılı açıqlamada, HƏMAS-ın son günlərdə vasitəçi ölkələrin təşəbbüsü ilə ABŞ rəhbərliyi ilə görüşdüyü bildirilib.

İkili ABŞ-İsrail vətəndaşı olan və Qəzza zolağında əsir saxlanılan əsgər Edan İskəndərin azad ediləcəyi qeyd edilən bəyanatda, İskəndərin azad edilməsinin “atəşkəsin yaradılması, Qəzzaya keçidlərin açılması və humanitar yardımların daxil olması üçün atılacaq addımlardan biri olacağı” ifadə edildi.

HƏMAS yaydığı bəyanatda “müharibəyə son qoyacaq razılığın əldə edilməsi, qarşılıqlı razılıq əsasında əsirlərin mübadiləsi və Qəzzanın idarəçiliyini müstəqil, peşəkar struktura təhvil vermək üçün intensiv danışıqlara və ciddi səylər göstərməyə” hazır olduğunu bildirib.

HƏMAS dərhal atəşkəs danışıqlarına başlamağa və döyüşləri dayandırmağa hazır olduğunu bildirib. Həmas həmçinin Qətər, Misir və Türkiyəyə təşəkkür edərək, siyasi və humanitar səyləri dəstəkləməkdə keçmiş rollarını yüksək qiymətləndirib.

Orxan

Gununsesi.info