
Bazar günü, mayın 11-də Albaniyada keçirilən ümumi seçkilərin ilk qeyri-rəsmi nəticələrinə görə , hazırkı baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiyası (PS) öndədir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Albaniya Mərkəzi Seçki Komissiyasının (KQZ) açıqladığı nəticələrə görə, indiyədək 5225 seçki məntəqəsindən 1495-də sayma əməliyyatları başa çatıb.
Açıqlanan nəticələrə görə, Baş nazir Ramanın rəhbərlik etdiyi PS seçkilərə 52,87 faiz, keçmiş baş nazir Sali Berişanın rəhbərlik etdiyi ana müxalifət Demokratik Partiyasının rəhbərlik etdiyi koalisiya isə 34,25 faiz səslə liderlik edib.
Fürsət Partiyası (Partia Mundesia) 2,63 faiz, Sosial Demokrat Partiyası 3,72 faiz, Ümumi Fəaliyyət Partiyası (Levizya Başke) 1,24 faiz və Avro-Atlantik Koalisiya 1,1 faiz səs toplayıb.
Bundan əlavə, KQZ məlumatlarına görə, qeydiyyatda olan 3 milyon 713 min 761 seçicinin 42,16 faizi səsverməyə gedib.
Bu arada, dünənki ümumi seçkilər 1991-ci ildə kommunist rejiminin süqutundan sonra keçirilən 11-ci ümumi seçki kimi qeydə alınıb.
Digər tərəfdən, Rama üç müddətdir baş nazir vəzifəsini icra edir.
Orxan