Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb

Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu 40 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tofiq Yaqublu barəsində çıxarılmış hökmü qanunsuz və ədalətsiz hesab etdiyi üçün aclıq aksiyasına başlamışdır. 

Xatırladaq ki, Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun azadığa buraxılması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətdən Azərbaycan hökumətinə çoxsalı çağırışlar edilib.

 

 

Gununsesi.info