İndoneziyada turist gəmisi batıb: 7 nəfər ölüb, 34 nəfər yaralanıb

İndoneziyanın Benqkulu əyalətində qayığın batması nəticəsində 7 turist ölüb, 34 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Benqkulu əyalətində turist gəmisi batıb.

Dövlətin axtarış-xilasetmə idarəsinin rəhbəri Muslikun Sodik açıqlamasında hadisənin dünən saat 16:30 radələrində baş verdiyini bildirib.

Sodik bildirib ki, içərisində 98 yerli turist və 6 ekipaj üzvü olan qayıq Tikus adasından Benqkulu şəhərinə qayıdarkən batıb.

Qəza nəticəsində 7 turist həyatını itirib, 34 nəfər yaralanıb.

 

Orxan

Gununsesi.info