
Bu gün, mayın 12-də “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamıyla həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən, onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb. Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.