Kaliforniya tələbələri Qəzzaya görə aclıq aksiyası keçirirlər

ABŞ-də 20-dən çox kollec tələbəsi İsrailin hücumu və blokadası altında olan Qəzzada vəziyyətə diqqət çəkmək üçün aclıq aksiyasına başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumu, işğalı və blokadası davam edərkən, ABŞ-nin Kaliforniya Dövlət Universitetinin 20-dən çox tələbəsi İsrailin humanitar yardımı əngəlləməsi səbəbiylə Qəzzada aclığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

“The Guardian” qəzetinin məlumatına görə, San Xose ştatı, Sakramento ştatı, San Fransisko ştatı və CSU Long Beach universitetlərinin tələbələri mayın 5-dən aclıq aksiyasına başlayıblar.

Fələstində Ədalət Uğrunda Tələbələr qrupunun verdiyi açıqlamada, sözügedən “birgə aclıq aksiyası ” nın Qəzzada aclıqdan ölmə riski ilə üzləşən 2 milyon fələstinli ilə həmrəylik məqsədi daşıdığı vurğulanıb. Tələbələr həmçinin silah istehsalçılarına investisiyaların dayandırılmasını tələb ediblər. 

Orxan

Gununsesi.info