Taliban şahmatı qadağan edir

Əfqanıstandakı Taliban hökuməti şahmatın şəriət qanunlarına uyğun olub-olmadığı müəyyən edilənə qədər “dayandırıldığını” elan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 20 ildən sonra 2021-ci ildə Əfqanıstanda nəzarəti ələ keçirən Taliban növbəti xəbərdarlığa qədər şahmatı qadağan edib.

Bildirilib ki, Taliban bu addımı “şahmatın qumar mənbəyidir” narahatlığı ilə atıb.

BBC xəbər verir ki, Taliban rəsmiləri şahmatın “İslam qanunlarına uyğun olub-olmadığına qərar verilənə qədər qeyri-müəyyən müddətə qadağan edildiyini” bildiriblər.

Hakimiyyətinin ilk günündən qadınların həyatına və hüquqlarına ciddi məhdudiyyətlər qoyan Taliban bundan əvvəl də qadınların hər hansı idman növü ilə məşğul olmasını və yarışlarda iştirakını qadağan etmişdi.

Orxan

Gununsesi.info