Zelenski qalmaqallı sazişi təsdiqlədi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna yerin təki sazişini ratifikasiya edən qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Qeyd edək ki, mayın 1-də Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb. Daha sonra isə Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib.

Gununsesi.info