
Azərbaycan Dəmir Yolları (ADY) yay mövsümündə Bakı-Qəbələ marşrutu üzrə qatar reyslərini artırır.
ADY-dən Gununsesi.info-ya verilən məlumata görə, mayın 31-dən etibarən həftəsonlarını Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün əlavə imkan yaradılır. Belə ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Qeyd edək ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə doğru yola düşəcək, 19:00-da isə Qəbələdən Bakıya qayıdacaq.