Saç salonunda dəhşət: - 13 qadın bir anda zəhərləndi!

İranın İsfahan şəhərində saç salonunda generatordan karbon qazı buraxılan 13 qadın xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın İsfahan şəhərində bərbər dükanında generatordan çıxan karbon qazı 13 qadını zəhərləyib.

Mehr Xəbər Agentliyinə danışan İsfahan Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi məsələ ilə bağlı məlumat verib.

“İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların bərbər salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib”, – Abdi bildirib.

İran rəsmisi qeyd edib ki, zəhərlənən qadınlar müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndərilib.

Orxan

Gununsesi.info