
ABŞ-də Tramp administrasiyası tərəfindən “ayrı-seçkilik” qurbanı olduqları səbəbilə qaçqın statusu verilən 49 ağdərili Cənubi Afrikalı Vaşinqtona yola düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və administrasiyası tərəfindən “irqi ayrı-seçkilik” qurbanı olduqları səbəbilə qaçqın statusu verilən 49 ağdərili Cənubi Afrikalının bu gün ABŞ-a yola düşdüyü bildirilib.
Cənubi Afrikanın Yohannesburq şəhərindən yola düşən və içərisində 49 nəfər olan təyyarənin yerli vaxtla bu səhər ABŞ-ın paytaxtı Vaşinqtona çatması gözlənilir.
Cənubi Afrika Xarici İşlər Nazirliyinin sözçüsü Krispin Phiri, yerli Afrika kanalı Newzroom-a verdiyi açıqlamada, “Hökumət bu insanların qaçqın olmadığını birmənalı şəkildə bəyan edir. Amma biz onların yolunda dayanmayacağıq” deyib.
Qeyd edək ki, Tramp administrasiyası ilk gündən immiqrasiya ilə bağlı ciddi siyasət yürüdür, qaçqın statusu baxımından Cənubi Afrikadakı əksəriyyəti hollandiyalı mühacirlər olan Afrikanerlərə üstünlük verir. Cənubi Afrika rəsmilərinin sözlərinə görə, Tramp bu addımı ilə “başa düşmədiyi daxili siyasi məsələyə” qarışıb.
Orxan