Trampın bu istəyi həyasızlıqdır - Rasmussen

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələri Danimarkanı getdikcə narahat edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin sabiq baş naziri və NATO keçmiş baş katibi Anders Foq Rasmussen “Politiko”ya müsahibəsində danışıb.

O, Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu və qrenlandiyalıların amerikalı olmaq istəmədiyini vurğulayıb:

“Mən hesab edirəm ki, Amerika prezidentinin müttəfiqini təhdid edə bilməsi həyasızlıqdır. Danimarka ABŞ-nin ən yaxın və etibarlı müttəfiqlərindən biridir”.

Onun sözlərinə görə, son onilliklərdə Amerika Qrenlandiyada yalnız hərbi mövcudluğunu azaldıb, baxmayaraq ki, orada bazalar yaratmaq hüququ var.

Gununsesi.info