Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub - YENİLƏNDİ

Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 2 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

***

Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.

Gununsesi.info məlumat verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.