
Mayın 10-da müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar peşəkar mühafizə şirkəti “Security Operation Services” (SOS) MMC Fəxri Xiyabanı ziyarət edib.
“SOS” MMC-nin rəhbərliyi və əməkdaşları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri düzərək, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Ziyarət zamanı Ümummilli Liderin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanıb.
Eyni zamanda, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib və üzərinə gül dəstələri düzülüb.
Şəbnəm