
Milli Məclisin üzvü,Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Komedixana” haqqında qeyd yazıb.
Gununsesi.info deputatın sosial şəbəkə hesabına istinadən həmin qeydləri təqdim edir:
“Komediyaxana”nı izləyirəm. Kiçik istisnalar xaric çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən. Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır. Aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir. Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar daha çeşitli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir.
Aktyorlara, prodüsser, ssenarist və rejissora uğurlar diləyirəm.
Günay Mahirqızı
GUNUNSESİ.İNFO