Evdə tibb bacısının meyiti tapıldı

Gəncədə evdən tibb bacısının meyiti tapılıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri araşdırılır.

Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info