
Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncədən elan edilmiş müqaviləni imzalayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“İmzalanmanın Ukraynanın bərpası üzrə konfransın keçirildiyi Romada baş tutacağı gözlənilir. Raketlərin ötürülməsi planlarını ilk dəfə martın 2-də Britaniyanın Baş naziri Keyr Starmer elan edib”, – məlumatda deyilib.