
Rusiyanın Daxili Təhlükəsizlik İdarəsi və xüsusi təyinatlılar Vsevolojsk rayonunda dörd polis şöbəsinə eyni anda basqın ediblər.
Gununsesi.info Unikal-a istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, polis şöbələrinin rəisləri korrupsiyada və qaçaqmalçılıqla məşğul olan azərbaycanlı iş adamlarını müdafiə etməkdə şübhəli bilinirlər.
İlkin olaraq, 2023-cü ildən sahibkarlar alkoqol və tütün satışı ilə məşğuldurlar – mağazalarında immiqrasiya qanunlarını qəsdən pozan əcnəbilər işləyirdi. İş adamları lazımsız problemləri yoxlamalarda büruzə verməmək üçün polis əməkdaşlarına rüşvət veriblər.