Liderlərin Əbu-Dabi görüşündəki əsas mövzu - Məşhur agentlik AÇIQLADI

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.

Görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə, sonra təkbətək formatda davam etdirilib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın TASS agentliyi öz mənbələrinə istinadən yazıb ki, liderlərin görüşündə əsas mövzu sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün mövcud ziddiyətlərin aradan qaldırılmasıdır.

Yeri gəlmişkən, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.

Gununsesi.info