
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı heç vaxt siyasi qərar qəbul etməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Reuters agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız bəzi döyüş sursatlarının tədarükündə müvəqqəti fasilə yaranıb və bu, silah ehtiyatlarının ümumi vəziyyətinə dair qiymətləndirmə ilə əlaqədar olub:
“Bu, sadəcə baxış idi. Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı heç bir siyasi qərar olmayıb. Bu baxış zamanı bəzi sursatların ötürülməsi müvəqqəti dayandırıldı,” – deyə Rubio izah edib.
Dövlət katibi əlavə edib ki, Pentaqon mütəmadi olaraq ABŞ arsenallarının hazırkı vəziyyətini, xüsusilə də ölkənin iştirak etdiyi hərbi əməliyyatlardan sonra qiymətləndirir. O, ABŞ-ın yaxın vaxtlarda İranın nüvə obyektlərinə zərbələr endirdiyini də xatırladıb.
Şəbnəm