
ABŞ və Türkiyə Prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan keçən həftə İstanbulda yüksək səviyyəli Amerika və İran nümayəndə heyətlərinin görüşünü təşkil etməyə cəhd ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Axios portalı məlumat yayıb.
Onların sözlərinə görə, görüşə razılıq verməli olan İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə əlaqə saxlamaq mümkün olmadığı üçün cəhd uğursuz olub. Portalın məlumatına görə, ayətullah mümkün sui-qəsd cəhdindən qorxduğu üçün gizlənir.