Məhəmməd Yakutun fahişəxanada öldüyü məlum olub

  • By Admin2
  • 08 İyul 2025 11:08

Məhəmməd Yakunun Almaniyada getdiyi sauna-fahişəxanada ‘qəfil ürək tutmasından’ öldüyü məlum olub. İddia olunurdu ki, Yakutun ölümü ilə bağlı birlikdə olduğu qadın məlumat verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sosial media açıqlamaları ilə tanınan Muhammed Yakut (53) iyulun 1-də Almaniyanın Castrop-Rauxel şəhərində getdiyi sauna-fahişəxanada ‘qəfil ürək tutmasından’ vəfat edib. Alman polisi şübhəli ölümlə bağlı araşdırma apararkən, prokurorluq da “zəhərli maddə ilə qətl” şübhəsi ilə istintaq başlatıb. Məlum olub ki, Yakutun ölümü ilə bağlı birlikdə olduğu qadın məlumat verib.

Yakutun ölümü ilə bağlı açıqlama verən Recklinghausen Polis sözçüsü Ramone Hörst, “Saunada ölən 53 yaşlı türkün ölümü ilə bağlı araşdırma aparıldığını deyə bilərik” deyib. Bir gün əvvəl Hollandiyada həbsxanadan çıxan Yakutun dərhal Almaniyaya getdiyi və əvvəlcə türk restoranında yemək yediyi, daha sonra da türkə məxsus “Penelope” adlı əxlaqsızlıq yuvası-saunasına getdiyi müəyyən edilib.

Orxan

Gununsesi.info