
Donald Trump, Federal Təhqiqatlar Bürosunun (FTB) yeni administrasiya ilə əsaslara qayıtmasını təklif edərək, indiyə qədər işinə “korrupsioner rəhbərlik” tərəfindən mane olduğunu iddia etdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Truth sosial media platformasında FTB ilə bağlı xəbərin linkini paylaşıb.
Büronun FTB direktoru Kaş Patel və onun müavini Den Bonqinonun rəhbərliyi altında “əsaslara qayıtdığını” qeyd edən Tramp yazıb: “Bizdə dünyanın ən yaxşı hüquq-mühafizə mütəxəssisləri var, lakin siyasət və korrupsioner rəhbərlik çox vaxt onların öz işlərini görmələrinə mane olur”.
“Artıq belə deyil və onlar indi öz işlərini görmək üçün sərbəst buraxılıblar və məhz belə edirlər. Davam edin. Amerikanı yenidən təhlükəsiz edin”, – Tramp deyib.
Trampın paylaşdığı xəbər linkində FTB direktoru Patelin ölkədə hal-hazırda qətl nisbətinin 100 mində 4,45 olduğunu bildirməsinin ABŞ-da 2014-cü ildən bəri rekord aşağı səviyyədə olduğu görülüb.
FTB, ABŞ Ədliyyə Departamenti ilə birlikdə ictimaiyyətə “Epstein faylları” kimi tanınan sənədlərlə bağlı apardığı araşdırma ilə son zamanlar manşetlərdə yer alıb.
Qızlara qarşı cinsi istismarda və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan milyarder Ceffri Epşteynin işinin istintaqı çərçivəsində FTB məşhur adların “müştəri siyahısı”nın saxlandığına dair heç bir dəlilin tapılmadığı qənaətinə gəldiyini açıqlayıb. Cinayətlərində dövlət məmurlarının, məşhurların və iş adamlarının da əli olduğu üçün ört-basdır məqsədilə öldürüldüyü güman edilən Epstein-in əslində öz kamerasında intihar etdiyi bildirilib.
Ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi zorakılıq etməkdə və fahişəlik şəbəkəsi yaratmaqda təqsirli bilinən Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropoliten Mərkəzi Həbsxanasında öz kamerasında ölü tapılıb.
Orxan