
Britaniya Mülki Aviasiya İdarəsi (CAA) səyahətə hazırlaşan sərnişinlərin böyük marağına səbəb olan yeni qərarı ilə gündəmə gəlib. Gündəlik həyatın vazkeçilməz texnoloji elementləri olan portativ şarj cihazları, yəni power banklarla bağlı mühüm xəbərdarlıq edilib. İndi bu cihazların baqajda yerləşdirilməsi qadağandır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi (CAA) litium batareyaları olan portativ şarj cihazlarının uçuşlarda heç vaxt baqajda aparılmaması lazım olduğunu açıqlayıb.
Gündəlik həyatın vazkeçilməzləri olan bu cihazlara ancaq əl yükündə icazə verilir.
Səbəb kifayət qədər ciddidir. Powerbank-larda istifadə edilən litium batareyalar zəif istehsal, istehsal qüsuru və ya düzgün istifadə edilməməsi nəticəsində “termal qaçaq” adlanan nasazlıq səbəbindən həddindən artıq qıza və alov ala və ya partlaya bilər.
Orxan