Latviya – Azərbaycan matçının hakimləri açıqlandı

  • By Admin2
  • 04 İyun 2025 11:39

Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.

7 iyun

Latviya – Azərbaycan
Skonto stadionu. Saat 17:00
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)

Gununsesi.info