
ABŞ kənd təsərrüfatı sənayesini təmsil edən ən nüfuzlu lobbilərdən biri olan Heyvan Kənd Təsərrüfatı Alyansının, təxminən on ildir ki, heyvan hüquqları müdafiəçilərini sistematik şəkildə izlədiyi aşkarlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Heyvan Kənd Təsərrüfatı Alyansı və onun FTB-nin Kütləvi Qırğın Silahları Müdirliyindəki (WMDD) tərəfdaşları fəal qrupları “bioterror təhdidləri” kimi təqdim etməyə cəhd ediblər.
Bu prosesdə kömək üçün özəl kəşfiyyat şirkətlərindən istifadə edilib, aktivist yığıncaqlarına agentlər yerləşdirilib, səs yazıları və fotoşəkillər toplanıb.
Hədəf edilən qruplardan biri fabrik fermalarında pis şəraiti sənədləşdirən və xəstə heyvanları xilas edən dinc, heyvan hüquqları təşkilatı Direct Action Everywhere (DxE) idi.
DxE üzvü Zoe Rosenberg 2023-cü ildə kəsimxanadan dörd toyuq xilas etdiyinə görə, “bioloji təhlükəsizlik təhdidi” kimi ittihamı ilə günahlandırılıb.
TB-dən tutmuş yerli hüquq-mühafizə orqanlarına qədər geniş şəbəkə vasitəsilə DxE haqqında məlumat yayırdı. Wired-in mövzu ilə bağlı əldə etdiyi gizli hesabatlar göstərir ki, “terror” hekayəsi fəalları günahlandırmaq üçün təbliğ edilib. Məsələn, FTB tərəfindən yayımlanan bir kəşfiyyat məlumatı, fəalların quş qripi kimi xəstəliklərin yayılmasına səbəb ola biləcəyini irəli sürdü.
Sənədlərdə dövlət məmurlarının bəzi heyvan xəstəliklərini ictimaiyyətdən gizli saxladığı da üzə çıxıb. Sənədlərə görə, səlahiyyətlilər 2023-cü ildə Kaliforniyada ortaya çıxan quş qripi hallarının açıqlanmasını etirazların mümkünlüyü səbəbindən təxirə salıb. Eyni dövrdə yüz minlərlə quşun məhv edildiyi bildirilir.
Heyvanların hüquqlarını müdafiə edən qruplar kənd təsərrüfatı lobbisinin səylərinin təkcə fəallığı yatırtmaqla yanaşı, həm də ictimai sağlamlıq və şəffaflığa ciddi təhlükə yaratdığını iddia edirlər.
Orxan