
Hindistanda beş yaşlı oğlan bəbirin qurbanı olub.
Gununsesi.info “Times of India”ya istinadən xəbər verir ki, hadisə Maharaştra ştatının Dindori Şivar kəndində yerləşən bir fermanın ərazisində baş verib.
Uşaq babası ilə vaxt keçirərkən əraziyə daxil olan yırtıcı ona hücum edib. Bəbir kişinin gözü qarşısında uşağı təxminən 300 metr məsafəyə sürüyüb. Baba qışqırıqlarla heyvanı qorxuda bilib, lakin nəvəsi xəstəxanaya aparılarkən yolda qan itkisindən ölüb.
Qeyd edək ki, bu, son bir ay ərzində bölgədə bəbirin insana hücumu ilə bağlı ikinci hadisədir. Aprelin 25-də yırtıcı qonşu kənddə 20 yaşlı qızı parçalayıb. Yerli sakinlər meşə departamentindən təhlükəli heyvanın tutulması üçün təcili tədbirlər görülməsini tələb ediblər.
Hakimiyyət orqanları hadisə yerindən 400 metr radiusda üç tələ və dörd müşahidə kamerası quraşdırıb. Üç yaşlı erkək bəbir tələyə düşüb. Mütəxəssislər hücumun məhz həmin bəbirin törətdiyini dəqiqləşdirmək üçün ondan DNT nümunələri götürəcəklər. Əgər bu həmin bəbirdirsə, onu qoruq ərazisinə köçürəcəklər.