Cənubi Koreya kritik seçki üçün sandıq başına gedir

  • By Admin2
  • 03 İyun 2025 15:28

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra istefaya göndərilən keçmiş prezident Yoonun yerinə yeni prezidenti seçmək üçün sandıq başına gedib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada bu gün keçmiş prezident Yoon Suk Yeolun impiçmentindən sonra yeni prezidenti müəyyən etmək üçün seçkilər keçirilir.

Milli Seçki Komissiyasından verilən açıqlamaya görə, təxminən 44 milyon qeydiyyatdan keçmiş seçicisi olan ölkədə seçicilər yerli vaxtla saat 06:00-dan başlayaraq məntəqələrdə qurulan 14 min 295 seçki məntəqəsində səs verməyə başlayıb.

Bildirilib ki, seçki məntəqələrinin açılışından 3 saat ərzində 4,09 milyon nəfər, yəni qeydə alınmış seçicilərin 9,2 faizi səs verib.

 

Orxan

Gununsesi.info