Yaponiyada bir ilk: Bir ildə doğulan körpələrin sayı 700 mindən aşağı düşüb

  • By Admin2
  • 04 İyun 2025 13:09

Doğuş nisbətlərindəki enişin davam etdiyi Yaponiyada ilk dəfə 2024-cü ildə baş verib. Bir ildə 686 min körpənin doğulduğu ölkədə 1,61 milyon insan həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada doğuş nisbəti 2024-cü ildə ardıcıl 9-cu ildir ki, aşağı düşüb. Keçən il ölkədə doğulan körpələrin sayının Yaponiya üçün bir ilk olaraq 700 mindən aşağı düşdüyü bildirilib.

Bloomberg-in hesabatına görə, Yaponiyada əvvəlki il 1,2 olan doğum nisbəti 1,15-ə düşüb. Səhiyyə Nazirliyindən bu gün edilən açıqlamaya görə, bu, qeydlərin başladığı 1947-ci ildən bəri ən aşağı göstəricidir. Xüsusilə paytaxt Tokioda doğurganlıq nisbətində əhəmiyyətli bir azalma yaşandığı və sözügedən nisbətin ikinci ildir ki, 1-in altına düşdüyü ifadə edilib.

Ölkədə bir ildə ölənlərin sayı təxminən 1,61 milyon olaraq qeyd edildi. Başqa sözlə, Yaponiya əhalisinin xalis azalması təxminən 919 min nəfər olub. Miqrasiya faktoru bu məlumatdan çıxarılıb.

Qeyd edək ki, Yaponiya bu yaxınlarda ölkədə doğum səviyyəsini artırmaq üçün bir sıra addımlar atmışdı. Bu məqsədlə hökumət ailələrin maliyyə yükünü yüngülləşdirmək, o cümlədən uşaqlar üçün subsidiyaların genişləndirilməsi və orta məktəbdə ödənişsiz təhsilin təmin edilməsi üçün bir sıra siyasətlər qəbul etmişdir.

Səhiyyə Nazirliyinin sözçüsü doğum səviyyəsinin sürətlə aşağı düşməsinin yaratdığı böhranın hələ də həll olunmadığını, bunun əsas amillərinin gənc qadınların sayının və gec nikahların və uşaq doğurmanın azalması olduğunu bildirib.

Orxan

Gununsesi.info