Qızıl və gümüşün qiyməti cüzi artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0.04% artaraq 3 378.40 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0.05% artaraq 34.65 ABŞ dolları olub.

 

 

Gununsesi.info