Azərbaycan millisi dünya çempionu oldu! - VİDEO

  • By Günel
  • 01 İyun 2025 21:15

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Gununsesi.info xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.

***

21:00

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının final matçında ikinci hissə başlayıb.

Gununsesi.info xəbər verir ki, 29-cu dəqiqəfə Rəvan Kərimov özünün 2-ci, komandasının 4-cü qolunu vurub.

Hazırda Azərbaycan yığması Macarıstana 4:1 hesabı ilə qalib gəlir.

***

20:24

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığması buraxdığı toplardan birinin əvəzini çıxıb.

Gununsesi.info  xəbər verir ki, 11-ci dəqiqədə Sombor Kövesdi fərqi azaldıb.

Hazırda Azərbaycan millisi 3:1 hesabı ilə öndədir.

***

20:24

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının final matçında Azərbaycan milli komandası Macarıstan yığmasını üçüncü dəfə məyus edib.

Gununsesi.info xəbər verir ki, 10-cu dəqiqədə Rəvan Kərimov əks-hücumu qolla tamamlayıb.

Hazırda Azərbaycan millisi 3:0 hesabı ilə öndədir.

***

20:23

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının final matçında Azərbaycan milli komandası Macarıstan yığmasını ikinci dəfə məyus edib.

Gununsesi.info  xəbər verir ki, 8-ci dəqiqədə Məhəmməd Xəlilov qüvvətli zərbə ilə topu rəqib komandanın qapısından keçirib.

Hazırda Azərbaycan millisi 2:0 hesabı ilə öndədir.

***

20:22

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının Azərbaycan və Macarıstan milli komandaları arasındakı final görüşündə hesab açılıb.

Gununsesi.info  xəbər verir ki, 3-cü dəqiqədə Təmkin Xəlilzadə topu Macarıstan yığmasının qapısından keçirib.

***

20:12

Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının final görüşü start götürüb.

Gununsesi.info  xəbər verir ki, həlledici oyun Azərbaycan və Macarıstan yığmaları arasında keçirilir.

 

Gununsesi.info